O, bir çox bəstəkarlar kimi lovğa deyildi7-08-2015, 12:20
Çap et “İlahi bir istedada, incə qəlbə və yüksək intellektə malik olan təkrarsız bəstəkarımız Elza xanım İbrahimova mənim bir çox şeirimə bir-birindən möhtəşəm mahnılar bəstələyib. O, yazdığı mahnının sözlərini qəlbən duyur, o sözlərlə nəfəs alırdı. Mənə deyirdi ki, sənin sözlərinə musiqi bəstələyərkən heç bir çətinlik çəkmirəm, sənin şeirlərinin musiqisi mətnin, misraların içindədir. Elza xanım çox sadə, sadəliyi qədər də dahi bir sənətkar idi. O, bir çox bəstəkarlarımız kimi lovğa deyildi. Elza xanımın yazdığı ən gözəl mahnıların sözlərinin mənə məxsus olmağından qürur duyuram. Allah rəhmət eləsin dəyərli sənətkarımıza, yeri behişt olsun. İndi ondan gözəl mahnılar, bəstələr, bir də yeganə qızı bizə yadigar qalıb. Tanrı onu qorusun”. Mərhum xalq artisti Elza İbrahimovanın Dəmir Gədəbəylinin sözlərinə yazdığı məşhur “Sən yadıma düşəndə” mahnısını təqdim edirik. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
