Xətai Sənət Mərkəzində “ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirildi22-02-2019, 18:34
Çap et Sərginin açılışından əvvəl “AN” tədris mərkəzi və 98 nömrəli məktəbi şagirdləri “Şəhid şəhər” adlı kompozisiyaları ilə çıxış etdilər. Tədbiri açan Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, sərgilən rəsmlər uşaqların bu hadisənin mahiyyətini nə dərəcədə anlamasından və əsərlərində ifadə etmələrindən danışdı. Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək Xocalı faciəsini xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırım olduğunu bildirdi. Əməkdar rəssam Rafael Muradov bütün uşaqlara sülh arzuladı və bildirdi ki, qoy gələcək nəsillər unutqan olmasınlar və xalqımızın dostu və düşmənini tanısınlar. Qoy gənc nəslin yaddaşı möhkəm olsun və tariximizi unutmasınlar. Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqlara tarixi unutdurmamaq və vətənpərvərlik hisslərinin aşılanmasındakı xidmətlərinə görə uşaqların valideyn və müəllimlərinə təşəkkür etdi. Xətai Sənət Mərkəzinin direktoru çıxışında Xocalı hadisələrinin mahiyyətindən danışaraq, bu hadisənin Azərbaycan xalqı üçün böyük bir faciə olduğunu qeyd etdi. Tədbirin sonunda münsiflər heyəti,uşaqlar və valideynlər “Xocalı” abidəsinin önünə gül dəstələri qoydular. Qeyd etmək istəyirik ki, müsabiqədə 400-ə qədər uşaq 600-ə yaxın işi ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən, əməkdar rəssam Rafayel Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri nümayiş olundu. Sərgidə nümayış olunan işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu. Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt, bölgələrin məktəbliləri, o cümlədən, 1 Nömrəli UGİM, 108 Nömrəli Məktəb, 2 nömrəli UİM, 2 nömrəli UGİM, 4 nömrəli UGİM, 5 nömrəli UİM , An Tədris Mərkəzi, Art School By Rufane, H. Abbasov Adına Maştağa Mədəniyyət Mərkəzi , Lənkəran Kaspi Təhsil Mərkəzi, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı rayon Onbirillik incəsənət məktəbi Rəssamlıq şöbəsi. “Matris" Tədris Mərkəzi, Nigart Studiya, Respublika UGİM, Sumqayıt Əhməd Bakıxanov adına UİM, Vəfa Art Studiya , Xetai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
