Demo Sayt » medeniyyet » Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”


Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm”

26-08-2015, 16:48
Çap et
Ramiz Əzizbəyli: “Sərbəst yeriyə bilmirəm” Xalq artisti Ramiz Əzizbəyli səhhəti ilə bağlı danışıb. Sənətkar müalicəsini ev şəraitində davam etdirdiyini, özünü yaxşı hiss etsə də yeriməyində hələ də problem olduğunu vurğulayıb: “Əhval-ruhiyyəm yaxşıdır. Müalicələrin təsiri var. Dərmanları da getdikcə azaldıram. Həkimə gedib-gəlirəm, müayinə edirlər. Hər şey yaxşıdır. Hamıya minnətdaram. Şəhərə, küçəyə çıxıram, gəzirəm. Sərbəst yeriyə bilmirəm, bir az qıçımı çəkirəm. O da yaşımla bağlıdır. Şükür, yataqda deyiləm. Yaradıcılığımı dayandırmışam. Artıq təqaüddəyəm, universitetə də gedib-gəlmirəm”.
Reytinq: