Demo saytı » medeniyyet » Aydın Talıbzadə: Belə film Azərbaycanda olmayıb


Aydın Talıbzadə: Belə film Azərbaycanda olmayıb

4-05-2015, 13:53
Çap et
Aydın Talıbzadə: Belə film Azərbaycanda olmayıb
Elçin Musaoğlunun tammetraylı “Nabat” bədii filmi 1992-ci ildə Qarabağ olaylarının, Qarabağ savaşının bir epizodu, bir fraqmenti haqqında 22 il sonra çəkilmiş ekzistensianal kinopritçadır.
Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb.
Film müharibə bölgəsi üçün səciyyəvi “dözülməz oluma dözmək, dözmək, ölənəcən dözmək” niyyətinə köklənmiş yaşantıların implisit şəklidir, yəni poetik lövhələrin müxtəlif mürəkkəb fiqurlarla toxunmuş obrazlı zəncirindən ibarət kinotəhkiyədir. Odur ki, filmə danışıq lazım deyil, söz lazım deyil, süjet lazım deyil. İkonoqrafik cərgəyə bax, səsi, hənirtini, musiqini dinlə, gördüyünün, eşitdiyinin mənasına var: hər şey həməncə aydınlaşacaq.
Elçin Musaoğlunun filmində ağrı ikonalaşır, tənhalıq, qorxu, ölüm, şəhidlik vizual qatda rənglərlə, formalarla eyhamlaşdırılır; adi predmet, tutalım, lampa, paltar, qapı, araba, uyuq kadriçi strukturda birdən-birə dönüb ikona qədərincə estetikləşir. Məhz ikonoqrafik cərgənin suggestivliyi seyrçinin emosional yaşantısını şərtləndirir, onu epizodun ovqatı içinə atıb duyğulandırır.
Hər gün tənha, yaşlı bir qadın boş, kimsəsiz qalmış “lal” kənd evlərinin taxta qapılarını bir-bir açıb neft lampalarının fitilini kibritlə alışdırır və onları gətirib pəncərə önünə qoyur.
Reytinq: