Nə istəyirsiniz bizdən?23-04-2015, 15:04
Çap et ![]() Afət Yaqubova Haradan başlayım, bilmirəm. Elə ona görə, buradan başlayıram – Əl çəkin ictimai mediadan! Və sizə səslənirəm, minillərdən sonra əlinə yayım vasitəsi düşmüş cəmiyyətim – verməyin bu medianızı əldən! Əsrlər boyu media heç zaman xalqın əlində olmayıb – onun üçün yazılıb, onun üçün oxunub, ona ünvanlanıb. Amma o idarə etməyib, o yönəltməyib, nəyin qəzetdə, jurnalda, kitabda, radioda çıxacağına, yayılacağına xalq qərar verməyib. Nəticədə sosialistlər üçün “Qəzet təbliğat, təşviqat və təşkilat vasitəsidir”, kapitalistlər üçün “Maarifləndirir, məlumatlandırır və əyləndirir” kimi media tərifləri yaranıb. Və xalqı, cəmiyyəti ötürülən maarifləndirici, əyləndirici məlumatlarla nəyəsə təşviq edib, hansısa təbliğat maşının işləməsinə təşkil ediblər. İndi artıq bu cəmiyyətin öz mediası var. Sosial media, daha doğrusu, ictimai media. Tərcüməsi eyni olsa da, yanaşma tamamilə fərqlidir. Məsələ təkcə sosiallaşmaqdan, kiminləsə tanış olmaqdan, flirtləşməkdən, nə bilim qız tutmaqdan getmir. Məsələ bütün ictimaiyyətin öz fikrini açıq-açığına, senzurasız-filansız yaya bilməsindən gedir. Təbii ki, bu da əsrlər boyu median idarə edənlərin xoşuna gəlmir. İctimai medianın qüvvəsini hiss edəndən bəri ona qarşı qarayaxmalar, gözdənsalmalar kəsilmir. Ən yaxşı gözdənsalma “Sosial mediada minlərlə dostu var, real həyatda heç anasının belə ondan xəbəri yoxdur” kimi frazalar və bənzər mövzulu virallardır. Misal üçün, hansısa qadının fotosu yerləşdirilir və onun dayə kimi işə düzəlib, sonra uşaq oğurladığı bildirilir. Araşdırılanda isə üzə belə bir fakt çıxır Daha dəhşətlisi başqa mövzulardadır. Həmin mövzulara keçmədən, xırda bir arayış verim. Jurnalist həmkarlarım bilir – televiziyada “arxiv” dediyimiz bir kaset olurdu və içərisində müxtəlif zamanlarda, ümumi mövzularda çəkilmiş planlar. Məsələn, hansısa mağazadan, ya da şəhərdən görüntülər və s. Yəni əgər hazırlanan süjetdə söhbət mağazadan gedirdisə və həmin mağaza kadrlarından istifadə olunurdu. Bunda o mağazanın hara olduğu elə də bir əhəmiyyət daşımırdı. Eləcə də, qəzet və internetdə - kiminsə tutulmasından danışılırsa, barmaqlıq və s. şəkli verilir. Birinci dəhşət onda olur ki, bu “arxiv” kadrları ictimai mediada işlənir. Hə, bir də onu qeyd etməyi unutmuşdum - ənənəvi media ilə ictimai medianın ən böyük fərqini! Ənənəvi medianın informasiyanın mənbəyi deyil, ötürücüsü olduğu hamıya bəllidir. İctimai media isə həm mənbədir, həm də ötürücü. Yəni hər hansı hadisənin şahidi, iştirakçısı, təşkilatçısı, qurbanı… Və “arxiv” kadrları qismində hər şeyi təsəvvür edə bilərsiniz – illər əvvəl hansısa ölkədə baş vermiş qanlı hadisəni, film üçün çəkilib montajlanmış kadrları, internetdən götürülmüş şəkilləri... Üzərinə 1-2 söz və ya altına hansısa hadisə barədə komment və “arxiv”! Təsəvvür etdinizmi? İkinci dəhşət də ondan ibarətdir ki, ictimaiyyətin rəyi onlara hava və su kimi lazım olanlar birinci dəhşətin nə olduğunu bilir və ondan faydalanırlar. Bir neçə misal çəkmək istərdim. Elə bu yazını yazmaq qərarını da həmin foto və faktları görəndən sonra gəlmişdim. Myanmarda müsəlman qətlləri fotolarının zaman-zaman dönüb gündəmə gəlməsi, hətta Hitlerin basdırdığı yəhudi kütləvi qəbirlərinin şəkillərində belə bunların müsəlman sümükləri olması ifadələri, Suriya hadisələri zamanı Əsəd tərəfdarlarının müsəlmanlara davranması və əks tərəfin də onlara qarşı hərəkəti mövzusunda videoların yayılması belə həssas mövzularda “hər ehtimala qarşı” kimlərinsə “arxiv” kadrlarının olduğunu söyləməyə əsas verir. Gəzi parkı və Soma faciəsi zamanı Türkiyə ictimai mediasının fəaliyyətinə müdaxilələr isə açıq-aşkar idi. O qədər açıq-aşkar ki, “arxiv”lərin qarşılaşdırılması belə aparılırdı. Kimin doğru, kimin fürsətcil olduğuna isə yalnız cəmiyyəti təşkil edən fərdlər zəkaları ilə qərar verə bilərdilər. Çünki zəka vacibdir. İctimai media bir barmaqla, səs tonu ilə idarə olunan meydan deyil. İnsanların sakitcə, ağılları başlarında, ürəkləri adi ritmi ilə vurduğu halda öz kompüterlərinin qarşısında bildirdikləri rəylərinin toplusudur. Sakit başda isə ağıl həmişə olur. Oturun, sakit-sakit fikirləşin ki, sizin medianızın gözünüzdən salınaraq əlinizdən alınması kimə sərf edir? Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

