Məşhur rejissor Bakıda çəkilən filmdən danışdı: “Sevə-sevə baxırdım”9-08-2019, 09:44
Çap et Tarantino bildirib ki, uşaqlığında Vladimir Çebotaryov və Gennadi Kazanskinin “Amfibiya-adam” filminə sevə-sevə baxarmış. “Mən bilmirdim ki, bu rus filmidir. Amma həmişə televizorda göstəriləndə həvəslə baxırdım, çox xoşuma gəlir”. Xatırladaq ki, “Amfibiya-adam” 1961-ci ildə Aleksandr Belyayevin yazdığı fantastik "Amfibiya adam" romanı əsasında çəkilib. Film SSRİ və ondan kənarda böyük uğur qazanıb. O vaxtkı mədəniyyət naziri Furtseva bu ekran əsərini SSRİ Maliyyə Nazirliyinə ən qiymətli hədiyyə adlandırdı. Çünki ilk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı. Filmin bir çox epizodları isə Bakıda çəkilib. Bu səbəbdən "Amfibiya adam" Azərbaycanlı tamaşaçılar üçün ikiqat maraqlıdır. Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
