Xətai Sənət Mərkəzində “MƏNİM YAY TƏTİLİM-2019” Respublika uşaq rəsm müsabiqəsi sona yetdi25-11-2019, 14:22
Çap et Tədbiri Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq bu kimi tədbirlərin uşaqların həyatına təsirindən danışdı. Onların gələcək Azərbaycanın ictimai həyatında əsas rola sahib olacaqlarını qeyd etdi. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin uşaqlara sərgi-plenerdə iştirakına görə təşəkkür etdi və hər gənc rəssama “Nəsimi dünyası Rənglərin işığında” əsərini öz imzası ilə təqdim etdi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi plenerin əhəmiyyətini vurğulamaqla gələcəkdə uşaqların daha böyük auditoriyalarda sərbəst işləməsi üçün stimul olacağını qeyd etməklə, tədbirə dəstək duran hər təşkilata təşəkkür etdi və bu kimi tədbirlərdə fəal iştirakından qürur duyduğunu bildirdi. Nəzərinizə çatdırıq ki, reqlamentə uyğun olaraq, üçüncü tura sərgi-plenerə əsərinə daha az müdaxilə olunmuş (müəllim və ya valideyn tərəfindən), yaşına uyğun, duyğu və düşüncələri nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya əsas götürülməklə seçilmiş uşaqlara üstünlük verilmişdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
