Demo Sayt » medeniyyet » Səhhəti pisləşən bəstəkar xəstəxanaya yerləşdirildi


Səhhəti pisləşən bəstəkar xəstəxanaya yerləşdirildi

10-09-2015, 12:13
Çap et
Səhhəti pisləşən bəstəkar xəstəxanaya yerləşdirildi Tanınmış bəstəkar, bir çox hitlərin müəllifi Tahir Əkbərin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Hematoma diaqnozu ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən bəstəkar əməliyyat olunacaq.
Bu barədə bəstəkarın xanımı məlumat verib. “Artıq müayinələrə başlanılıb, analizlər götürülür. Həkimlər qərar versə, bu gün əməliyyat olunacaq”.
Bəstəkarın xanımı onu da bildirib ki, Tahir Əkbərin səhhətində problemlər bir neçə ay bundan öncə yaranıb: “Yayda çox işlədi, səhhətində problemlər yarandı. Həkimlər beyin əməliyyatını məsləhət görüblər. Söz veriblər ki, Allahın köməkliyi ilə yaxşı olacaq”.
Reytinq: