Demo Sayt » medeniyyet » 55 yaşlı Məcnun...


55 yaşlı Məcnun...

5-11-2015, 10:56
Çap et
55 yaşlı Məcnun... Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Tamaşa teatrın solisti, Xalq Artisti, professor Mənsum İbrahimovun 55 illik yubileyinə həsr olunub. Yubiley tamaşasında Məsum İbrahimovun budəfəki tərəf müqabili Xalq Artisti Nəzakət Teymurova olacaq. Səhnəmizin əvəzsiz Məcnunu artıq 22 ildir ki, bu tamaşada çıxış edir.
Qeyd edək ki, bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları Xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova səhnəmizin Məcnununun tərəf müqabilləri olublar.
Reytinq: