Döyməsi aktrisanın başına dərd oldu3-06-2016, 19:01
Çap et Məşhur iranlı aktrisa Tarane Alidostinin qolundakı döymə başına bəla açıb. Qadın gücünün simvolu olan döymə qalmaqala səbəb olub. Aktrisanın feminist olduğu deyilir. Kann film festivalında ötən ay ən yaxşı ssenari nominasiyasında mükafata layiq görülən "Satıcı" filminin baş rolunu canlandıran Tarane Alidosti bu həftə İranın paytaxtı Tehranda filmlə bağlı keçirilən mətbuat konfransında iştirak edib. Əlini mikrofona uzadan aktrisanın qolundakı döymə diqqətlərdən yayınmayıb. Döymənin göründüyü şəklin yayımlanması ilə ölkədə qalmaqal yaranıb. Sıxılmış yumruq qadın gücünün rəmzi olaraq qəbul edilir. İran mətbuatı, eləcə də mühafizəkar din adamları və onların tərəfdaşları aktrisanı feministlikdə ittiham ediblər. Bu isə, onların fikrincə, günahdır. Evli və bir uşaq anası olan Alidosti daha öncə də İranda qadağan edilən abortu müdafiə etdiyi üçün də tənqid hədəfi olmuşdu. Aktrisa sosial media vasitəsilə özü haqqında yayılan söz-söhbətə aydınlıq gətirib. Şəxsi "Twitter" hesabında belə açıqlama verib: "Sakit olun. Bəli, mən bir feministəm. Feminist cinsiyyətlər arasında sosial, siyasi və iqtisadi bərabərliyə inanan insandır". İranlı qadının ancaq "İnstagram"da 2.6 milyon izləyicisi var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
