Beyons qaradərililərin müdafiəsinə qalxdı12-07-2016, 17:00
Çap et Son günlər ABŞ-da qaradərililərin polis tərəfindən qətlə yetirilməsinə qarşı keçirilən etiraz aksiyaları fonunda baş verənlərə məşhurlar da biganə qalmayıb. "Bəsdirin bizi öldürdünüz" başlığı altında əsasən qaradərili məşhurların qatıldığı kampaniyada Cey Z, Beyons və Dreyk iştirak edib. Dünya şöhrətli reper Cey Z son yazdığı mahn ı- "Spiritual"lı elə qaradərililərin polis tərəfindən qətlə yetirilməsinə həsr edib. Mahnıda hər an polisin qurbanına çevrilə biləcək bir qaradərilinin sözləri əks olunub. Cey Z-yə onun həyat yoldaşı məşhur müğənni Beyons da qoşulub. Onun son albomu olan "Lemonade"də qaradərililərin çətin həyat şəraitindən bəhs olunur. Bir neçə gün əvvəl Beyons verdiyi konsert zamanı səhnədən bütün qaradərili ABŞ vətəndaşlarına müraciət edib. "Bizə heç kimin yazığı gəlməsin. Tək istədiyimiz odur ki, bizim həyatımıza hörmət qoysunlar. Bizi öldürən, bizə qarşı zorakılıq edən hər bir kəsə cavab verə bilmək üçün birləşməliyik. Kim ki bizi qorumaq istəyir, yalnız onlar cəzasız qalacaq"- deyə müğənni müraciətində bildirib. Reper Dreyk də öz İnstaqram səhifəsində baş verənlərə biganə qalmayıb. O, paylaşdığı yazıda bildirib ki, baş verən zorakılıqlara göz yummaq olmaz. Öz dostlarının həyatı üçün çox narahat olduğunu bildirən reper polis tərəfindən qətlə yetirilən bütün qaradərililərin ailələrinə başsağlığı verib. Qaradərili reper Kanye Vestin həyat yoldaşı, erməni əsilli porno-ulduz Kim Kardaşyan əri və iki uşağı Nort və Seintin şəkillərini paylaşaraq etirazlara qoşulub. "İstəmirəm ki, oğluma polisdən qorxmağı öyrədim. Mən ona demək istəmirəm ki, daim dərisinin rənginə görə ethiyatlı olsun. Biz indidən bunun üçün nəsə etməliyik. Bizi eşitməyənə və hər hansı bir dəyişiklik baş vermədiyinə qədər dayanmamalıyıq"- deyə Kim Kardaşyan bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
