Polis əmrə tabe olmayan sürücünü öldürdü21-09-2015, 10:05
Çap et Polis nümayəndələri sürücünün oğurluqda şübhəli bilindiyini və buna görə də izləndiyini deyiblər. Lakin sürücü polisdən qaçarkən avtomobili insanların sıx olduğu məhəllələrin içi ilə yüksək sürətlə sürüb. Bundan sonra o, əks yola çıxıb. Elə bu vaxt helikopterlə onun idarə etdiyi avtomobilə atəş açılıb. Polis onun ictimaiyyət üçün təhlükə yaratdığını və bu səbəbdən atəş açıldığını bildirib. Bundan sonra sürücü maşından düşüb və qaçmağa başlayıb. Ancaq o, çox uzağa qaça bilməyib və bir müddət sonra yolda ölüb. Atəş açılan vaxt oğurluqda şübhəli bilinən adamın idarə etdiyi avtomobil yoldakı başqa maşınla toqquşub. Ondan başqa daha 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. İndi polis həmin sürücünün ölüm səbəbini araşdırır. Onun helikopterdən açılan atəş səbəbindən, yoxsa özünü maşından atarkən aldığı zədələrdən dünyasını dəyişdiyi araşdırılır. Yerli polis nümayəndəsi Codi Miller helikopterlərdən şübhəlilərə çox nadir hallarda atəş açıldığını deyib. Bununla belə, o, polislərin bu təlimləri keçdiyini də bildirib. Ümumiyyətlə, ABŞ-ın hüquq-mühafizə orqanlarında bu cür hallar tez-tez olur. Bir müddət əvvəl Ağ Evin ətrafında avtomobil sürən bir qadın maşını saxlamadı deyə, polis ona atəş açmışdı. Nəticədə qadın ölmüşdü. Daha sonra həmin qadının içkili olduğu müəyyən edilmişdi. Şimali Çarlston şəhərində isə polisin qaradərili şəxsi öldürməsi həvəskar çəkilişlə qeydə alınıb. Polis Uolter Skot adlı şəxsin avtomobilində arxa işıqlardan birinin zədələnməsi ilə əlaqədar onu saxlayıb. Bir qədər sonra məsələ mübahisəyə çevrilib. Uolter Skot polisdən qaçmağa çalışarkən polis Maykl Sleqer ona arxadan bir neçə dəfə atəş açıb. Qaradərili 50 yaşlı şəxs elə yerindəcə dünyasını dəyişib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
