Demo Sayt » medeniyyet » Dahi rəssamımızın doğum günüdür


Dahi rəssamımızın doğum günüdür

15-12-2016, 14:44
Çap et
Dahi rəssamımızın doğum günüdür Bu gün Azərbaycanın Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin doğum günüdür.
Bəhlulzadə Səttar Bəhlul oğlu 1909-cu ildə Bakıda anadan olub. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbində, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutunda oxuyub. V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Yaradıcılığa "Kommunist" qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib.
Rəssamın yaradıcılığında "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı,"Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri" və s. əsərləri əsas yer tutur.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
S.Bəhlulzadə 1974-cü il oktyabrın 14-də də Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub, qəbri üstündə ona abidə ucaldılıb.
Reytinq: