Ramiz Rövşənin doğum günüdür15-12-2016, 14:47
Çap et Bu gün şair Ramiz Rövşənin 70 yaşı tamam olur. O, 1946-cı il dekabrın 15-də Bakıda anadan olub. Şair Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. Yavaş-yavaş sevdim səni Yavaş-yavaş sevdim səni, Hər gün bir az da sevdim. Ən çox bu qış sevdim səni, Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdik Havalar soyuyanda. Adamlar qalın geyinib, Ağaclar soyunanda. Qar altından baş qaldıran Çiçəktək sevdim səni. İstisinə qızındığım Ocaqtək sevdim səni. Hələ bu cür sevməmişdim Ömrüm boyu heç kimi. Səni sevdim qar üstündə Yem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağı Nə baxırsan göyə sən? Deyirsən ki, günəş çıxıb, Qar əriyir deyəsən… Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün şair Ramiz Rövşənin 70 yaşı tamam olur. O, 1946-cı il dekabrın 15-də Bakıda anadan olub.