"Bostandan çıxıb toya gedirdim" - Elnarə (müsahibə)7-11-2018, 17:14
Çap et Bu sözləri əməkdar artist Elnarə Abdullayeva milli.az-a müsahibəsi zamanı deyib. Müsahibəni sizə təqdim edirik: - Məşhurların əksəriyyəti hündürmərtəbəli binalarda yaşayır. Həyət evində yaşamaq öz istəyiniz idi, yoxsa buna məcbur oldunuz? - Mən bina evində yaşaya bilmərəm. Bir dəfə getdik bina evi almağa, yarıyoldan qayıtdıq. Mərtəbələri çıxanda başım gicəlləndi. - Keçmişi tez-tez düşünürsünüz? - Hər insan keçmişinə rahat baxa bilmir. Oğul axtarıram ki, keçmişinə baxıb, səhvlərini görməsin. Mən keçmişə rahat baxıram. - Heç səhviniz olmayıb? - Xeyr, heç vaxt! - Axı səhvsiz insan olmur... - Həyatımda məni utandıran səhvlər olmayıb. Mən doğulandan elə qoca olmuşam, cavan olmamışam. - Bəzən deyirlər ki, Elnarə xanım kişi kimi qadındır. Bu söz sizə pis təsir etmir ki? - Hər bir qadın kişi kimi görünə bilər, amma o hər şeydən öncə zərif qadındır, anadır. Mən kişi işini də görərəm, qadın işini də. O vaxt olsaydı, yəqin ki, Həcər kimi at belində olardım. - Müsahibələrinizin birində demisiniz ki, bir geyimi dəfələrlə geyinirəm. - Bəli, yeri gələndə 50 dəfə geyinirəm. Niyə də geyinməyim ki? Gedim kimdən alım paltar? Mən geyimdən utanan insan deyiləm. - Hansı illəriniz üçün daha çox darıxırsınız? - Məktəb illərim, müəllimlərim üçün çox darıxıram. 9-cu sinifdə oxuyanda artıq tədbirlərdə, musiqi dərsində oxuyurdum. Kənd qızı idim, bostana da gedirdim, mal-qaraya da. Bəzən elə olurdu ki, bostandan çıxıb toya gedirdim. Bəziləri bunu deməyə utanır, amma mən keçmişimə görə heç vaxt utanmamışam. O günlər üçün çox darıxıram. - Əksər müğənnilərin toydan əlavə biznesləri də olur. Bəs sizin necə, biznesiniz var? - İstəyərdim, amma buna vaxtım yoxdur. Biznesim olsaydı, yaxşı təsərrüfatçı olardım. Əlimə götürdüyüm hər bir işi yarıdıram. Əgər sənətim olmasaydı, mən ticarətlə də məşğul ola bilərdim. - Ailədə sizdən başqa kimin yanıqlı səsi var? - Bizdə bütün ailənin yanıqlı səsi var. Həm atamın, həm anamın, bacılarımın, qardaşlarımın. İndi də bir-birimizin evinə yığışanda bacılarımla səs-səsə verib oxuyuruq. Görünür, müğənni olmaq mənim qismətimdə var imiş. Allah məni çox istədi ki, sənətimlə onların üzünü ağ etdim. - Məşhurlaşmağınızda bəstəkar Asif Kərimovun də rolu olub. Neçə ildir ki, birgə çalışırsınız? - Biz 15 ildir ki, birgə çalışırıq. İlk konsertimiz də 2015-ci ildə olub. Daha sonra 3 il ard-arda böyük saraylarda konsertlər verdik. 1995-1996-cı illərdə mən artıq məşhur idim. Sadəcə olaraq, ailə həyatımla bağlı sənətimə fasilə verdim, bir az unuduldum. Sənətə qayıdandan sonra yenidən Asif Kərimovla çalışdım və məşhurlaşdım. - Çox əsəbi xanımsınız. Daha çox nəyə əsəbləşirsiniz? - Mən, ümumiyyətlə, heç kimin qəlbinə dəyən insan deyiləm. Əsəbiləşəndə hisslərimi cilovlaya bilirəm. Elə vaxt olur ki, çılğınlaşıram. Baxır da nəyə əsəbiləşirəm. Haqsızlığa, saymamazlıqa, sözünün üstündə durmayan insanlara əsəbiləşirəm. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
