Rövnəq Abdullayev: "SOCAR istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq" - MÜSAHİBƏ5-10-2016, 18:54
Çap et - SOCAR ilk dəfə olaraq Azərbaycan vətəndaşları üçün bazarda istiqrazlar (SOCAR İstiqrazları) buraxdı. Dövlət şirkəti olan SOCAR niyə indiyə qədər deyil, məhz hazırkı məqamda belə bir qərar aldı? - İstiqrazların tarixi qədim olduğu kimi, Azərbaycandakı tarixi də qədimdir. 100 il bundan əvvəl Bakı Neft Cəmiyyəti, bir sıra neft emalı zavodları, Dəmir Yolları İdarəsi və Bakı Bələdiyyəsi kimi qurumlar tərəfindən istiqrazlar buraxılmışdı. Bütün bu buraxılışlar mühüm sosial-iqtisadi layihələrin icrası ilə bağlı idi. Məsələn, 1 il sonra 100 illiyini qeyd edəcəyimiz Bakı Şollar Su Kanalının çəkilişi məhz istiqraz buraxılışı nəticəsində əldə edilmiş vəsaitlə mümkün olub. Bundan başqa, 100 ildən artıq müddət əvvəl Sabunçu Neft Emalı Zavodunun səhmləri satışa çıxarılmış, həmin satışa investorlar ciddi maraq göstərmiş və beləliklə, daxili və xarici kapital bazarlarının inkişafına dəstək olub. SOCAR bu istiqrazları buraxmaqla 100 illik tarixə malik bir ənənəni də yenidən canlandırmaq istəyib. İndiyədək SOCAR xarici kapital bazarlarında xarici investorlar üçün 3 dəfə avrobondlar buraxıb və həmin buraxılışılar böyük maraq və yüksək tələbatla qarşılanıb. SOCAR olaraq ilk dəfə belə qərara gəldik ki, ölkəmizdə öz vətəndaşlarımız üçün istiqraz çıxaraq, çünki xaricilərə hər il milyonlarla dollar faiz ödəmək əvəzinə, öz vətəndaşlarımıza birbaşa gəlir qazandırmaq bizim üçün daha vacibdir. Digər tərəfdən də xarici maliyyə bazarlarında əldə etdiyimiz təcrübə ilə ölkəmizin maliyyə bazarını inkişaf etdirərək, maliyyələşmə kanallarımızı şaxələndirir və vətəndaşlarımıza yeni bir investisiya imkanı təqdim edirik. Bunun üçün daxili bazarda müvafiq infrastruktur da formalaşıb. Yaxın zamanadək Azərbaycanda faiz dərəcələri yüksək idi, banklarda faiz dərəcəsi 20%-dək qalxmışdı və bu hal bizə bazarda aktiv fəaliyyət göstərməyimiz üçün səmərəli deyildi. Həmin vaxt biz 2, 4, 5, 6 faizlə kredit cəlb edə bilirdik və bu bizim üçün daha əlverişli idi. Hazırda isə daxili və xarici faiz dərəcələri bir-birinə yaxınlaşdığına görə, istiqraz buraxılışı üçün münbit bir zəmin yaranıb. Bu gün vətəndaşlarımız yığımlarının 80%-ni dollarda saxlayırlar və həmin yığımlar passiv vəziyyətdə evlərdə, seyflərdə tutulur. İqtisadiyyatdan kənar qalan, sahibinə və iqtisadiyyatımıza heç bir fayda verməyən həmin vəsaitləri aktiv iqtisadiyyata cəlb etmək üçün SOCAR İstiqrazlarını ABŞ dollarında buraxdıq. - SOCAR istiqrazları nədir? Kimlər ala bilər, necə ala bilər? Hansı şərtləri və xüsusiyyətləri var? - SOCAR İstiqrazı SOCAR-la investor arasında bağlanmış kredit müqaviləsidir. İstiqrazların ən böyük üstünlüyü arada heç bir vasitəçi maliyyə qurumunun olmamasıdır. Yəni, investor (istiqraz sahibi) pulunu və ya kapitalını ən münasib qiymətə sata bildiyi kimi, şirkət də ən münasib qiymətə ala bilir. Bu istiqrazlar elektron formatda buraxılıb və qeydiyyatı Milli Depozit Mərkəzində (MDM) aparılır. İstiqrazların beynəlxalq və yerli hüquqda statusu olduqca güclüdür. Çünki, hüquqi olaraq yanaşanda emitent şirkətə nə isə olarsa, istiqraz sahibləri istənilən halda səhmdarlar qarşısında üstünlüyə sahibdirlər. Odur ki, həmin vəziyyətdə əldə ediləcək maliyyə vəsaitləri əvvəlcə istiqraz sahiblərinə ödənir. Sonra balansda qalan vəsait ilə səhmdarlara ödəniş edilir. Dövlətimiz istiqrazlarımızın buraxılışına böyük dəstək verir. İstiqrazlarımız vətəndaşlarımız üçün bütün növ vergilərdən azaddır. İstiqraz sahibləri istiqrazlarını istədikləri vaxt sata və nağda çevirə bilərlər. SOCAR bunun üçün lazım olan bütün sistemi və texniki infrastrukturu qurub və hər zaman bazarda istiqrazlarının alıcısı kimi çıxış edərək, istiqraz sahiblərinin maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq. İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ dolları Bir istiqrazın nominal dəyəri: 1 000 (min) ABŞ dolları İstiqrazların müddəti: 5 illik İstiqrazların Faizi: illik 5% Faiz ödənməsi periodu: Hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü. Azərbaycandakı bütün fiziki və hüquqi şəxslər SOCAR istiqrazlarını ilkin bazardan əldə edə bilərlər. Bu, yerli investorlar üçün bir imtiyazdır. Xarici investorlar isə bu istiqrazları ilkin bazardan deyil, təkrar bazardan ala biləcəklər. Satışlarda ilk üstünlük fiziki şəxslərə (hüquqi şəxslər qarşısında) verilməklə bərabər, SOCAR işçiləri də daxil olmaqla, heç bir şəxsə və quruma (təşkilata) xüsusi imtiyaz hüququ verilmir. Bəs, vətəndaşlar aldıqları bu istiqrazları necə satacaqlar? Belə ki, istiqrazını satmaq istəyən şəxs 1 və 5 saylı Asan xidmət mərkəzlərinə yaxınlaşa bilərlər. Həmin mərkəzlərdə SOCAR istiqrazın daimi köşkləri olacaq və satış məsələsində istiqraz sahiblərinə lazımi dəstək göstəriləcək. SOCAR buraxdığı istiqrazların likvidliyini 5 il boyunca daim təmin edəcək, bazarda alıcı qismində çıxış edərək, investorların maliyyə itkisi ilə üzləşmələrinin qarşısını alacaq. Onu da qeyd etmək istərdim ki, SOCAR İstiqrazlarının satış tarixi 10 oktyabr tarixində bitir və istiqrazlarımız məhdud sayda satışa çıxarılıb. Bu buraxılışda yerli hüquqi şəxslərlə müqayisədə üstünlüyü fiziki şəxslərə, yəni vətəndaşlarımıza vermişik. İstiqrazlarımızı əldə etmək istəyən vətəndaşlarımıza problem yaşamamaları üçün sifarişlərini son günlərə saxlamamalarını məsləhət görürük. Çünki, tələbat xeyli yüksəkdir və istənilən qədər istiqraz əldə etməkdə çətinlik çəkə bilərlər, digər tərəfdən də iş qrafikinə uyğun olaraq sifarişlərin günün müəyyən saatlarında qəbul edilməsi və yaranacaq növbə sıxlığı fürsəti qaçırmalarına səbəb ola bilər. Xalqımıza və ölkəmizə xeyirli olsun! - Vətəndaşları ən çox maraqlandıran suallardan biri də budur ki, istiqraz sahibləri 5 il müddəti gözləmədən bu istiqrazları istədikləri zaman tam olaraq SOCAR-a sata biləcəklərmi və necə satacaq? SOCAR bunun üçün nə kimi zəmanət verir? - Vətəndaşlar Asan xidmətin 1 və 5-ci mərkəzlərinə gəlib, istiqrazlarını SOCAR-a sata biləcək. Bu barədə zərrə qədər narahatlığa ehtiyac yoxdur. Biz lazım olan bütün mexanizmləri qurmuşuq və verdiyimiz sözün arxasındayıq. Mən xaricilərə vermədiyim bu zəmanəti öz vətəndaşlarımıza vermişəm. SOCAR çıxardığı 100 milyon dollarlıq istiqrazların hamısını növbəti gün ala bilmə gücünə sahibdir. Vətəndaşlarımız heç bir itki ilə üzləşməyəcək. İstiqrazları aldıqları qiymətdən SOCAR-a geri sata biləcəklər. SOCAR-ın böyüklüyünü nəzərə alanda bu istiqrazın miqdarı olduqca kiçikdir və bu çox açıqdır. SOCAR Azərbaycan xalqının şirkətidir və hər zaman öhdəliklərinin arxasında durub. Biz xaricdə əldə etdiyimiz təcrübələrlə ölkəmizin maliyyə bazarlarını inkişaf etdirmək üçün yola çıxdıq. Bu məqsədlə də xalqımızın mənafeyinə uyğun olaraq xaricilərə vermədiyimiz imtiyazları bu buraxılışda xalqımıza verdik. Bu barədə geri satın alma ən mühümlərindən biridir. Bununla bağlı bəzi əsassız tənqidlər eşitdik. Burada təkrarlayıram və açıq şəkildə vurğulayıram ki, SOCAR çıxardığı istiqrazların arxasındadır və söz verdiyi kimi satmaq istəyən vətəndaşlarımızdan geri alacaq. - SOCAR İstiqrazlara hansı şəkildə zəmanət verir və bunu necə təmin edəcək? - SOCAR 40 milyard manatlıq aktivləri ilə Azərbaycanın ən böyük şirkəti, təqribən 1,5 milyard manatlıq vergi ödənişi ilə ən böyük vergi ödəyicisi, 52 000-dən çox işçisi ilə ən böyük işəgötürəni və ölkənin ən böyük ixracatçısı olaraq, 100% dövlətə məxsus bir şirkətdir. Eyni zamanda, 13,5 milyard manatlıq səhm kapitalı, 1,6 milyard manatlıq nizamnamə kapitalı, 18 əməliyyat şirkəti və 36 birgə müəssisəsi ilə Azərbaycanda öz borc öhdəliklərinin ən etibarlı icraçısı mövqeyindədir. Bundan başqa, nəzərinizə çatdırmaq istərdik ki, SOCAR İstiqrazları qanunvericiliyə uyğun olaraq SOCAR-ın öhdəliyi hesab edilir və SOCAR Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, SOCAR öz öhdəliklərinə görə sərəncamında olan əmlakla (yəni, sahib olduğu pula dəyər hər şeyin, varın, mal və mülkün toplamı ilə) cavabdehdir. Cəmi 100 milyon ABŞ dolları dəyərində olan SOCAR istiqrazları üzrə öz ödəniş öhdəliklərini yerinə yetirmək SOCAR üçün hansısa maliyyə çətinliyi yarada bilməz. Bundan başqa, SOCAR tərəfindən bu günədək xarici investorlar üçün beynəlxalq kapital bazarlarında buraxılan $2,25 milyardlıq avrobondlar və həmin avrobondlara göstərilən böyük maraq SOCAR-a olan yüksək etimadın bariz nümunəsidir. Baxmayaraq ki, daxildə buraxdığımız istiqrazlara şamil etdiyimiz güzəştləri həmin avrobondlara tətbiq etməmişik. Qısaca müqayisə aparaq: Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
