Demo Sayt » sehiyye » Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək


Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək

30-03-2017, 15:21
Çap et
Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.
Bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.
Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.
Qeyd edək ki, Hazırda gözün buynuz qişasının transplantasiyası üçün 3000-ə yaxın xəstə növbədədir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
O bildirib ki, Azərbaycanda bəzi klinikalar gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı yeni imkandan istifadə edə bilərlər.
E.Qasımov buynuz qişasının xarici ölkədə kurs keçmiş 5 həkimin adına ölkəyə gətirilməsini təklif edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, transplantın ölkəyə gətirilməsi pərakəndə şəkildə həyata keçirilə bilməz. Bu işin konkret qurum tərəfindən həyata keçiriləcəyini xatırladan Ə.Əmiraslanov bu məsələdə monopoliyanın tətbiqini də düzgün saymayıb: “Mən bu monopoliyanın da tərəfdarı deyiləm. Özəl klinikalarda belə mütəxəssislər varsa, gələcəkdə onlara bu əməliyyatlara icazə verilə bilər. Təcrübəsiz həkimlərə bu transplantın aparılması üçün icazə verilməməlidir. Məncə, bu məsələ tənzimlənəcək”.
Reytinq: