Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar31-03-2017, 19:13
Çap et Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”na uyğun olaraq keçirilən təlim məktəblilərin sağlam qidalanmaya dair biliklərinin artırılmasına yönəldilib. Təlimdə İctimai Səhiyyə İslahatlar Mərkəzinin əməkdaşları məktəbin yuxarı sinif şagirdləri və pedaqoji heyəti qarşısında sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda məruzələr söyləyiblər. Məruzəçilər sağlam qidalanmanın balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitamin və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu, sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini qeyd edərək qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki fəallığın da mühüm əhəmiyyət kəsb etdiyini, onun davamlı və planlı şəkildə həyata keçirilməsinin lazım olduğunu çatdırıblar. Şagirdlərin böyük marağına səbəb olan seminarda sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat veriləndən sonra iştirakçıları maraqlandıran suallara cavablar verilib. “Enerji balansı və enerji sərfi” mövzusundan bəhs edərkən məktəblilərə qəbul olunan qidaların enerji balansı və hansı qida məhsullarının onların sağlamlığı üçün faydalı olması barədə söhbət açılıb. Qeyd edilib ki, sağlam qidalanma olmadığı təqdirdə mübadilə proseslərinin pozulması halları baş verir və nəticədə sağlamlıq üçün zərərli sayılan piylənmə halları yaranır. Seminarda əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
