Binəqədi rayonunda əhali icbari tibbi müayinədən keçirilir13-04-2017, 15:09
Çap et Heqiqet.az AzərTAc-a istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi həyata keçirir. Bu məqsədlə yaşayış evlərinin girişlərinə elan lövhələri yerləşdirilir. Rayon icra hakimiyyətində “Qaynar xətt” yaradılıb. Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında bu günə kimi 10 mindən çox sakin müayinədən keçib. Xəstəxananın poliklinika şöbəsinin müdiri İsa Cahanovun sözlərinə görə, səhiyyə ocağı 3 il əvvəl əsaslı təmir olunub və hər cür lazımi avadanlıq və preparatlarla tam təchiz edilib və burada yüksək ixtisaslı tibbi personal xidmət göstərir. Müayinə zamanı xəstəlik aşkar edilən 267 şəxs qeydiyyata alınıb, 57 nəfər isə stasionar müalicəyə cəlb olunub. Hazırda rayonda müayinə davam etdirilir və tədbir uyğun qrafiklə həyata keçirilir. Sakinlər dövlət başçısına bu aksiyaya görə minnətdarlıqlarını bildiriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
