Demo Sayt » sehiyye » Azərbaycanda 164 qida zəhərlənməsi baş verib - 3 nəfər ölüb


Azərbaycanda 164 qida zəhərlənməsi baş verib - 3 nəfər ölüb

21-06-2017, 12:18
Çap et
Azərbaycanda 164 qida zəhərlənməsi baş verib - 3 nəfər ölüb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.
Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib.
Reytinq: