Demo Sayt » sehiyye » Xarici İşlər Nazirliyinin əməkdaşları oftalmoloji müayinədən keçiblər


Xarici İşlər Nazirliyinin əməkdaşları oftalmoloji müayinədən keçiblər

2-08-2017, 16:41
Çap et
Xarici İşlər Nazirliyinin əməkdaşları oftalmoloji müayinədən keçiblər Avqustun 2-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Xarici İşlər Nazirliyinin əməkdaşları arasında oftalmoloji baxış keçirib.
Tədbir çərçivəsində mərkəzin yüksəkixtisaslı tibb personalı Xarici İşlər Nazirliyinin əməkdaşlarını oftalmoloji müayinədən keçirib.
Mərkəzin səyyar klinikası müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərində əhaliyə yüksəkixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə kontingentin dispanser müayinəsini aparır. İndiyədək səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstənin gözündə cərrahiyyə əməliyyatı aparılıb.
Reytinq: