Anası özündən bir yaş böyükdür - dünyada ilk21-12-2017, 18:51
Çap et Noyabrın 25-də 26 yaşlı Tina Gibson adlı qadın ABŞ-da xəstəxanalardan birində doğuş həyata keçirib. Amma onun vəziyyəti digər analardan fərqli olub. Belə ki, Tina 1992-ci ildən bağışlanaraq dondurulan bir embrionu dünyaya gətirib. Emma adı verilən və sağlam olduğu deyilən körpənin çəkisi 3 kiloqram, boyu isə 50 santimetr olub. Həkimlər daha əvvəl yalnız 20 illik bir embrionun sağlam şəkildə doğulduğunu deyərək, bu hadisənin rekord olduğunu vurğulayıblar. Gibsonun 33 yaşlı əri Benjamin özlərinin genini daşımasa da, Emmanı övladları kimi qəbul etdiyini və onu çox sevdiyini bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
