Mərkəz direktoru: Talassemiya xəstələrinin artması əsasən daşıyıcıların ailə qurması ilə bağlıdır31-01-2018, 11:46
Çap et Bunu Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib. O qeyd edib ki, son illərdə talassemiya xəstələrinin sayında artım məhz daşıyıcıların ailə qurması ilə əlaqədar olub: "Hazırda ölkədə 3105 irsi qan xəstələri, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır. Son dövrlərdə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində talassemiya daşıyıcısı olan körpələrin doğulması halları azalıb". V.Hüseynov görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin yaşının artdığını bildirib: "Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq, Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var". Mərkəzin direktoru əlavə edib ki, 2013-cü ildən indiyədək Mərkəzdə 55 xəstə üzərində sümük iliyinin transplantasiyası əməliyyatı həyata keçirilib: "Onların əksəriyyəti, təxminən 43-45 nəfəri irsi qan və talassemiya xəstəsi olub. Cari ilin sonunadək 10 talassemiya xəstəsinə bu əməliyyatın olunması planlaşdırılır". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
