Demo Sayt » sehiyye » Bu il Azərbaycanda dövlət hesabına 10 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib


Bu il Azərbaycanda dövlət hesabına 10 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib

1-08-2016, 11:21
Çap et
Bu il Azərbaycanda dövlət hesabına 10 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib Hazırda Respublika Talassemiya Mərkəzində Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630-u ilkin müraciətdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.
Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.
2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.
Reytinq: