Bitki çayları içərkən ehtiyatlı olun - XƏBƏRDARLIQ1-09-2015, 12:07
Çap et Hər birimiz əziyyət çəkmədən arıqlamaq istəyirik. Buna görə də arıqladan dərmanlar və bitki çayları kimi müxtəlif yollara əl atırıq. Lakin nəticə hər zaman biz istədiyimiz kimi olmur. Hər bitkinin tərkibi hər kəs üçün yaxşı təsir bağışlaya bilməz. Bir çox insanlar tez və asan arıqlamaq üçün bitki mütəxəssislərinə müraciət edirlər. Televiziya proqramları, dost əhatəsində eşitdikləri ilə bitki çaylarından istifadə edirlər. Bitki mütəxəssislərinə müraciət edən insanlar bu şəkildə arıqlayacaqlarını düşünürlər. Mütəxəssislərdə satılan bitkilərin tam olaraq xüsusiyyətləri bəlli deyil. Bəziləri sidik ifrazını artırır. Beləcə, insanlar arıqladıqlarını zənn edirlər. Lakin sadəcə bədəndən su azalır. Arıqlamaq isə yağ itirmək deməkdir. Ancaq bu cür üsullarla maye itirilir, insanlarsa çəki tərəzisinə çıxdıqları zaman arıqladıqlarını zənn edirlər. Əslində isə su itirirlər. Bu isə arzuolunmayan bir haldır. Bağırsaq quruluşunu pozduğu üçün ishala də səbəb ola bilir, lakin yağ itirilmir. İçilən çaylarda bitkilərin miqdarı da önəmlidir. Hətta bəzi insanlarda ciddi xətəliklərə xəbəb ola bilər. Buna görə də yalnız həkim məsləhəti ilə tərkibi bəlli olan bitki çaylarını içmək məsləhətdir. Sadəcə bitki çayları da arıqlamaq üçün kifayət deyil. Ümidə QƏHRƏMAN Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
