Səhiyyə Nazirliyindən Qaraçuxurdakı zəhərlənmə faktı ilə bağlı rəsmi açıqlama23-10-2015, 11:02
Çap et Z.Kazımov qeyd edib ki, Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğuna görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, “Azərsu” tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülmüş su nümunələrində göstəricilər norma daxilindədir. Qospitalizasiya olunmuş xəstələrin hazırda heç bir şikayətləri yoxdur”. Z.Kazımovun sözlərinə görə, hazırda su nümunələrində göstəricilərin normadan kənara çıxmasının səbəbləri araşdırılır. Mərkəz rəsmisi zəhərlənmənin içməli suya çirkab sularının qarışması səbəbindən baş verməsi barədə söylənilən fikirlərin əsassız olduğunu söyləyib. Z.Kazımov onu da əlavə edib ki, sudan zəhərlənənlərin sayı 70 deyil, cəmi bir necə nəfər təşkil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
