Demo Sayt » sehiyye » Şirvanda 9 aylıq hamilə qadın öldü


Şirvanda 9 aylıq hamilə qadın öldü

17-11-2015, 10:33
Çap et
Şirvanda 9 aylıq hamilə qadın öldü Şirvanda 9 aylıq hamilə qadın ölüb.
Ölüm faktı gecə saat 2.30 radələrində qeydə alınıb.
Yaşadığı evdə halı pisləşən Şirvan sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Günel Malik qızı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Şirvan şəhər xəstəxanasının növbətçi həkimləri onun xəstəxanaya meyit vəziyyətində daxil olduğunu təsdiq ediblər. Hamilə qadının hansı səbəbdən öldüyünü aydınlaşdırmaq üçün meyit Şirvan şəhər morquna təhvil verilib.
Faktla bağlı Şirvan Prokurorluğu tərəfindən araşdırma aparılır.
Reytinq: