Demo Sayt » sehiyye » Nihad Tağıyev: "Əhalinin sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır"


Nihad Tağıyev: "Əhalinin sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır"

25-02-2016, 13:03
Çap et
Nihad Tağıyev: "Əhalinin sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır" Səhiyyə işinin prioritetliyi bu sahədəki vacib nüanslara hərtərəfli diqqətin artırılması ilə də təzahür edir. Dövlətimizin səhiyyə sistemindəki nümunəvi, örnək işi bu prosesin dinamizmini daha da sürətləndirir...
Təbii ki, səhiyyə işi tibbi prosedurları özündə xarakterizə edir. Tibbl qanunauyğunluğun əsas müstəvisi olan səhiyyə cəmiyyət reallığında özünün önəmli yerlərdən birini tutur. Bu gün səhiyyə-tibb münasibətləri günün reallığı kimi əks olunursa, deməli, atılmış addımlar öz səmərəliliyi ilə birbaşa dövlətçilik prinsiplərinə xidmət edir.
Səhiyyə reallığını həkim peşəsi əks etdirir. Həkimlik də həm çətin, həm də şərəfli peşədir. Sağlamlığının qarantı hesab olunan həkim lazım gəldikdə xəstələrin şəfa tapması, səhiyyə və tibb kodekslərinin Hippokrat andı çərçivəsində qərar tutması üçün bütün çətinliklərə dözməli, tibbi prosedur və səhiyyə amilini həmişə üstün tutmalıdır.
Gəlin, bir anlığa səhlyyə ocaqlarımızı göz önünə gətirək. Çətinə, dara düşəndə məgər ağxalatlılara üz tutmuruqmu? Hər gün həkilərimizin neçə-neçə insanı ölümdən xilas etdiklərinin, yüzlərlə xəstəyə şəfa verdiklərinin şahidi olmuruqmu? Bu mənada nəzərə alaq ki, səhiyyə sistemi çox böyük sferanı əhatə edir. Bu gün tibb elmi həddən artıq inkişaf edib və çağdaş dünyamızın gözəl loğmanları da nə qədər istəsəniz, var.
Heç şübhəsiz ki, onlardan blri də Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika işləri üzrə müavini Nihad Tağıyevdir.
Onunla qısa söhbətin məğzini təqdim edirik.
- Nihad həkim, çox çətin, həmçinin də şərəfli bir peşənin sahibisiniz. Xəstələrin taleyi müayinə həkimi kimi demək olar ki, sizin əlinizdədir...
- Həkim ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və ba-carıqlarını insan xəstəliklərinin müayinə və müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insandır. Bəzən xəstələr həkim-xəstə münasibətindən narazı qalır. Əgər həkim öz sahəsində peşəkardırsa, bu narazılığı dəf etməyə də qadirdir. İnsanlar müxtəljf xarakterlərə malikdir və onlar ümid yeri, son çarə kimi həkimlərə tapınırlar.
- Qəbulunuza gələn xəstələrdən haqqınızda ancaq xoş sözlər eşitdik...
- Vəzifəmiz xəstələrimizi səbr və təmkinlə müayinə etmək, yeri gələndə məsləhətlərimi verməkdən ibarətdir. Ən əsası, insana insan olaraq xidmət etməkdir. Həkimin hansı sahəni əhatə etməsindən asılı olmayaraq, birinci vəzifəsi təcili olaraq xəstələrə ilk yardım göstərməkdir.
-Polikilnikaya ayaq basanda hər tərəfdə təmizlik səliqə-səh-man hiss olunur...
-Əhalinln sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır. Bu məsələlərin həyata keçirilməsində həkimlərin fəaliyyətinin və mənəvi mövqeyinin böyük rolu vardır.
Bəli, doğrudan da, əhalinin sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır və dövlətimiz bu istiqamətdə bütün vasitələrdən istifadə edir. Bunun nəticəsldir ki, tibbin bütün sahələrində sivil inkişaf görünür. Məhz Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasındakı müvəffəqiyyəti də bu amillə əlaqələndiririk.
Uğurunuz bol olsun, Nihad həkim!


Nihad Tağıyev: "Əhalinin sağlamlığının qorunması dövlətin xüsusi qayğısıdır"












İsa İskəndərov
Reytinq: