Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi3-05-2016, 09:47
Çap et Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.Ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar istifadə olunur - krioterapiya (maye azotla yandırılma) və elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma). Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında: - Sarımsaq. Sarımsaq nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir. Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana qədər edin. Digər üsul - 3 diş sarımsaq sarımsağəzənlə əzilir və eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur. Hazır məlhəmi soyuducuda saxlayın. - Dəmrovotu bitkisinin şirəsi. Bu da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və qulaq çöpü ilə ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir - ağıza, gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə ziyillərin üzərinə çəkilir. Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür. Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.