Həkimdən XƏBƏRDARLIQ: günorta dondurma yeməyin15-07-2016, 13:31
Çap et F. Özgönülün sözlərinə görə, dondurma A, B, C, D v E qrupu vitaminlərlə, kalsium, fosfor, maqnezium, sodium, potasium, dəmir və sink kimi minerallarla zəngindir: “Bu vitamin və minerallar orqanizmin sağlamlığı üçün çox önəmlidir. Xüsusilə böyümə çağında bu ehtiyacların qarşılanmasının əhəmiyyəti daha da artır. Bütün bu vitamin və mineralların qəbulunun ən asan, dadlı və zövqlü yolu isə dondurma yeməkdir”. Lakin həkim dondurmanı günorta yeməyi məsləhət görmür. O, bu fikrini belə əsaslandırır: “Dondurma yemək istəyirsinizsə, gündüz yeməyin. Dondurmanın tərkibindəki şəkər zərərli olmasın deyə axşam saat 22.00-dan sonra yeyilməlidir. Bədəninizin ehtiyacı olan qidaları səhər və günorta yeməyində istədiyiniz qədər yeyin. Yediklərinizin yaxşı həzm olunması üçün yemək zamanı şirniyyat və xəmir məmulatlarından uzaq durun. Qoy, yediyiniz tam həzm olunsun. Bunun üçün təxminən 7-8 saat vaxt lazımdır. O müddətdə yediyinizin tam həzm olunduğuna əminsinizsə, dondurma yeyə bilərsiniz. Bu zaman dondurmanın tərkibindəki şəkərin zərəri olmaz və artıq çəki problemi yaşamazsınız”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
