Demo Sayt » sehiyye » 2 saylı Dəmir Yolu Poliklinikasının baş həkimi Həmzə Həsənov


2 saylı Dəmir Yolu Poliklinikasının baş həkimi Həmzə Həsənov

26-08-2016, 16:21
Çap et
2 saylı Dəmir Yolu Poliklinikasının baş həkimi Həmzə Həsənov


"Həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq şərəfli olduğu qədər də məsuliyyətlidir"


Yaxşı insan pisliyi yaxşılıqla uzaqlaşdırmağı xoşlayar. Pisliyə pislik ilə qarşılıq vermək yaxşı insanın işi və qazancı deyildir. Yaxşı isanlar gözəl əxlaqlı insanlardır, onlara şər atmaq, qara yaxmaq böyük günahdır. Həmçinin bəzi insanların ətraflarında olan yaxşı insanlara qarşı zalım mövqedə olmaq dünyanın hər yerində tətbiq edilən yanlış baxışlardır. 2 saylı Dəmir Yolu Poliklinikasının baş həkimi Həmzə Həsənov da qabarıq nümunələri, təcrübəsi böyük şəxsiyyət, xoş niyyətli, təvazökar, gözəl xasiyyətli vətəndaşdır. Ondakı gözəl əxlaq Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görür. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah'ı görmək)dir. Bu mənada Həmzə Həsənov kimi yaxşı insanların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onun kimilər Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunus surəsi, 26). Həmzə həkim çox gözəl bilir ki, yaxşılıq etməklə Tanrı onun savabılarnı artırır. Tam məsuliyyət və qürurla deyə bilərik ki, o, sözün həqiqi mənasında gözəl insandır, bacarıqlı həkim, qayğıkeş vətəndaş, fəxri dəmiryolçu və ən ümdəsi örnək tibb işçisidir. Əbəs yerə deyildir ki, A.Çexov da həkimə və həkim peşəsinə böyük dəyər verib: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Elə Həmzə həkim də bu barədə öz fikirlərini ifadə edir: "Həkim olmaq, insanların sağlamlığı keşiyində dayanmaq şərəfli olduğu qədər də məsuliyyətlidir".
Təəssüf ki, yaxşı insanlara da çox vaxt qara yaxanlar tapılır. Bu, bəlkə də anlayışsızlıqdan irəli gəlir. Hər halda 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi Həmzə Həsənova qarşı olan haqsızlıqları biz gözügötürməməzlikdən başqa bir şey hesab etmirik. Bəziləri onun kimi parlaq zəkalı bir həkimin uğuruna qısqanclıqla yanaşırlar. Ancaq Allah yaxşı insanları gözdən salmağa çalışanların özlərini gözdən salır. Bu mənada əminik ki, Həmzə həkimin uğuruna sevinməyənlərin aqibəti Allahın nəzərində heç də yaxşı olmayacaq.
Doğrudan da, daşı məhz bar ağacına atarlar: iki halda, barından yemək və budağına xələl yetirmək məqsədilə. Həmzə həkimin uğurlarını gözləri götürməyənlər ona pislik etməyə çalışırlar, lakin həqiqət onun daxili aləmində öz xeyirxahlığını çoxdan yerləşdirib deyə, pisliklər ona toxunmur.
Çoxumuz bilirik ki, Həmzə Həsənov vəzifəsini vicdanla yerinə yetirən, dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir. Onun Vətən aliliyi əsl sevginin təməlindədir.


İlkin Əzizxanoğlu
Reytinq: