Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin işgüzar proqramı mütəxəssislərin diqqətini cəlb edib21-09-2016, 14:28
Çap et İlk dəfə Bakı Ekspo Mərkəzində “Tibbi turizm” sektoru çərçivəsində seminar keçirilib. Tədbirdə xarici ölkələrin klinika və sanatoriyalarından, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası, eləcə də “Improtex Travel”, “Silk Way Travel”, “AFN Travel”, “ATA Travel”, “Millennium Travel & Congress DMC” və digər yerli turizm şirkətlərindən nümayəndələr iştirak ediblər. Tibbi turizm sahəsindəki peşəkar fəaliyyət seminar iştirakçılarının işgüzar görüşləri zamanı böyük rezonansa səbəb olub. Tədbir iştirakçıları əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində yeni əlaqələr qurmaq, birbaşa danışıqlar aparmaq imkanı əldə ediblər. Seminarda xarici həmkarlarla təcrübə mübadiləsinin və ictimaiyyətin Azərbaycanda müalicə-sağlamlıq potensialı barədə məlumatlandırılmasının faydaları qeyd edilib. Seminarın bütün iştirakçıları təşkilatçılardan xatirə sertifikatları alıblar. Qeyd edək ki, bu il sərgidə xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru təqdim olunub. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
