Demo Sayt » sehiyye » XƏBƏRDARLIQ: düzgün nəfəs almamaq bu xəstəliklərə səbəb olur - REPORTAJ


XƏBƏRDARLIQ: düzgün nəfəs almamaq bu xəstəliklərə səbəb olur - REPORTAJ

19-01-2017, 12:38
Çap et
XƏBƏRDARLIQ: düzgün nəfəs almamaq bu xəstəliklərə səbəb olur - REPORTAJ Bir çoxları düşünür ki, nəfəsini düzgün tənzimləyir. Amma, sən demə, bu belə deyilmiş. Nəfəs alıb-verməyin xüsusi qaydaları və texnikası var. Düzgün nəfəs alınmadıqda bir çox xəstəliklərə gətirib çıxarır.
Türkiyədən Azərbaycana qonaq gəlmiş nəfəs təlimçisi Şulə Kocadölü deyir ki, nəfəs dərsləri ilə tanış olduqdan sonra 9 ildir, özünü çox yaxşı hiss edir. Onun sözlərinə görə, nə qədər düzgün nəfəs alırıqsa, o qədər yaşayırıq: "Nəfəs məşqləri var, buyurun gəlin. "Nəfəs alaq" dediyimizdə, necə yəni mən nəfəs almıram deyirlər. Təbii ki, nəfəs alırıq, amma çətin nəfəs alırıq. Bizim dediyimiz orqanizmin imkan verdiyi qədər tam nəfəs almaqdır. Əgər biz 30 faiz nəfəs alırıqsa, həyatınızda da hər şey 30 faiz yaxşı olacaq. 100 faiz nəfəs alırıqsa, hər şey 100 faiz yaxşı olacaq".
Şulə Kocadölünün sözlərinə görə, düzgün nəfəs almamaq bir çox fəsadlara gətirib çıxarır: "İllərdir yığılıb qalan enerji kütləsi və limitli nəfəs almaq təbii olaraq, depressiya və digər problemlər yaradır. Bir il müddətində yaxşı nəticə əldə edə bilməyən həkimlər nəfəs təlimlərinə göndərdikləri xəstələrdə yüksək nəticə əldə edirlər. Zehin açıqlığı verir, uşaqlarda bu, daha çox özünü tez büruzə verir. Oksigenin olmadığı yerdə xərçəng xəstəliyi olur. Əgər xərçəng xəstəliyinin başlanğıc mərhələsindəyiksə və tez tanış olmuşuqsa, nəfəs dərsləri ilə o zaman daha tez yaxşılaşmaq mümkündür. Həkimlər kimyaterapiya ilə yanaşı, nəfəs təlimi də məsləhət görür".
Reytinq: