Plastik cərrah: “Silikonu zərblə yerə çırpdım, partlamadı” - VİDEO3-03-2017, 19:08
Çap et Bunu Ailem.az-ın canlı yayımında qonaq olan estetik, plastik və rekonstruktiv cərrah, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru Rauf Kərimov deyib. Onun sözlərinə görə, süd vəzisi əməliyyatı deyən kimi hamının ağlına dərhal silikon imlant gəlir. Halbuki süd vəzi əməliyyatı sadəcə böyütmə deyil: “Süd vəzisinin ölçüsü adamın ovcu qədər olsa yetərlidir. Ondan böyük olarsa, xəstəniqane edirsə, qala bilər, kəsməyə ehtiyac yoxdur. Bu, xəstənin özündən asılıdır. Amma bir də var həddən artıq böyük olur, xəstənin çiyni yığılır, gəzə bilmir, boynu, beli ağrıyır. Onurğa sütununda digər problemlər yaranmasın deyə kəsirik. Təsəvvür edin, hər süd vəzidən 3 kilo artıq parça çıxarırıq. Toplam 6 kilo edir. Bir adam dayanmadan 6 kilo yük daşıması nə deməkdir?! Onu çıxarandan sonra adam necə yüngülləşir. Bu, çox gözəl əməliyyatdır. Həm xanım rahat, aktiv olur, həm də digər xəstəliklərin qarşısı alınır. O ki qaldı hamiləlikdən sonra yaranan sallanmalara, bu, individualdır. Hamilə qalmasa belə, yaş artdıqca yer çəkimi hər şeyi aşağı dartır. Süd vəzini də, üzü də, göz qapaqlarını da. Hər şey 18 yaşındakı kimi olmur. Bir şeyi də nəzərə alın. Həmişə xəstələrimə deyirəm, burdan da qadınlara müraciət edirəm. Kişilər qadınların süd vəzisinə onların özləri qədər önəm vermir. Bunu başa düşsünlər. Bəzən qadın gəlir, süd vəzisi normaldır. Amma deyir sallaqdır və s. Həyat yoldaşı da deyir mən bəyənirəm. Amma qadın özü bəyənmir deyə əməliyyat etdirir. Bilsinlər ki, bu əməliyyatı daha çox qadın istəyir. Dəhşətli bir assimetriya yoxdursa, kişiləri bu, çox narahat eləmir. Böyütmə mamoplastikası isə daha çox süd vəzisi kiçik olan xanımlara tətbiq olunur”. R. Kərimov qeyd edib ki, silikon implantlar xərçəng yaratmır. İndiyə kimi elə bir hala rast gəlinməyib: “Travmatologiyada, neyrocərrahiyyədə də aşağı-yuxarı eyni materialdan olan implantlardan istifadə olunur. Bizdə içi silikon, üstü fərqli materialdandır. Amma oxşar materillardır. Əgər xərçəng yaratsa, ümumiyyətlə, istifadə edilməzdi”. Bəs süd vəzisinə silikon qoyduran qadın uşaq əmizdirə bilərmi? Həkim bu suala belə cavab verib: “Bəli, əmizdirə bilər. Çünki silikon süd vəzisinin içinə yox, əzələnin altına qoyulur. Süd vəzisinə ümumiyyətlə toxunulmur”. O ki qaldı silikonun zərbədən partlaya bilməsi iddiasına, cərrah bunun yalan olduğunu bildirib: “Bir dəfə silikonu zərblə yerə çırpdım, partlamadı. Gərək süd vəzisinə necə güclü zərbə vurasan ki, o silikon partlaya. Onda xəstənin özü ölər ki. Ona görə də deyilən iddialar doğru deyil”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
