Demo Sayt » sehiyye » Doğuşdan nə qədər sonra estetik əməliyyat etdirmək olar?


Doğuşdan nə qədər sonra estetik əməliyyat etdirmək olar?

13-07-2015, 13:07
Çap et
Doğuşdan nə qədər sonra estetik əməliyyat etdirmək olar? Doğuşdan sonra qadınları ən çox narahat edən hal xarici görünüşlərinin və bədən quruluşunun əvvəlki kimi görünməməsidir.
Hamiləliyin ilk dövründən başlayıb doğuşdan sonra da davam edən müddətdə sinə, ya da qarın bölgəsində sallanmalar olur. Sallanma, deformasiya və yağ toplanması kimi dəyişikliklər yaşanır. Bu haldan narahat olan qadınların köməyinə doğuş sonrası əməliyyatlar yetişə bilər. Ancaq mütəxəssislər yeni ana olan qadınların əməliyyat üçün tələsməməyini xüsusi vurğulayır.

Doğuşdan sonra qadınların çoxu sinə dikləşdirmə, qarın gərmə əməliyyatları ilə bağlı həkimə müraciət edir. Hamiləlik zamanı təxminən 8-10 kilo alan qadın doğuşdan sonra bu çəkiləri ata bilməyəndə çarəni əməliyyatda görür. Ancaq səbrli olmaq lazımdır. Çünki bu məsələlərdə düzgün vaxt təyin etmək çox mühümdür.
Körpəyə süd verən analar üçün sinə əməliyyatı doğuşdan 1 il sonra tövsiyə edilir. Əmizdirmə müddəti bitdikdən sonra hələ 6 ay da gözləmək lazımdır.
Sinənin iri qalması, sallanması, həm sallaq, həm içi boş görünməsi doğuşdan sonra ən çox yaranan problemlər sırasında yer alır. Sinə iri və sallaqdırsa, kiçiltmə və dikləşdirmə üsulları tətbiq edilir. Ancaq içi boş və sallaqdırsa, protez inyeksiyası ilə dolğunluq verilir. Əməliyyat təxminən 2-3 saat davam edir. 1 ay müddətində xüsusi büstqalter taxılır, ağrı şikayəti olmur.
Qarın gərmə əməliyyatı da doğuşdan sonra 1 il keçməmiş edilmir. Hamiləlikdən sonra qarın ilə göbək arasında dəri büzüşür. Bu problemi olan qadınlar üçün isə qarın dartma əməliyyatı var. Göbəyin altında qalan toxuma tamamilə çıxarılır.
Doğuşdan sonra bəzən qarın dərisi altında yağ toxuması və qarın üzərində çatlar meydana gəlir. Qarın gərmə əməliyyatı ilə müdaxilə edilən bu hallarda bəzən liposuctiona (yağ aldırma) da ehtiyac duyula bilər.
Bəzən qarın əzələlərinin yapışqanlığı çox açıldığında “yalançı yırtıq” problemi ortaya çıxır. Bu yırtıq bağlanmadığı halda düz qarın əldə etmək mümkün olmur.
2-3 saat davam edən bu əməliyyat sonrası korset taxılır.
Həm sinə, həm də qarın bölgəsindəki əməliyyatın izləri tam keçməsə də, 1-2 ilə bilinməməyə başlayır.
Hər yaşda ana bu əməliyyatlar etdirə bilər.
Əgər qadın yaxın zamanda yenidən hamilə qalmağı düşünərsə, estetik əməliyyat üçün tələsməməlidir.
Xəstənin xroniki xəstəliyi (ürək, təzyiq, şəkər kimi) varsa, əməliyyatın keçirilməsində heç bir risk yoxdur.

Fərizə Əhmədova
Reytinq: