Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparırlar27-03-2017, 12:59
Çap et İşləri “Şərq tarixi irsinin dirçəlişi fondu" aparır. “Tarixi mühitin qorunması xidməti” dövlət müəssisənin direktoru Marat Şahmaryanın sözlərinə görə, işlər 20-25 gün davam edəcək. “Xarici mütəxəssislərin köməyi lazım olmayıb. Ekspedisiya işləri tarix elmləri namizədi Njde Yeranyanın rəhbərliyi altında aparılır. Abidə həm hərbi münaqişə nəticəsində, həm də hava şəraitindən zərər çəkib”, - deyə o bildirib. Yuxarı Məscid ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Qeyd edək ki, Gövhər Ağa Cümə məscidi kimi tanınan Yuxarı Məscid 1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi əsasında inşa edilməyə başlayıb. Lakin sonradan məscidin inşası dayanıb. İbrahim xanın varisi Gövhər Ağa memar Kərbəlayi Səfi xan Qarabağinin köməyi ilə yalnız 1883-cü ildə məscidin tikintisini yekunlaşdırıb. Sovet dövründə məscidin binasında tarixi-arxeoloji muzey fəaliyyət göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra məscid fəaliyyətini bərpa edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
