Azərbaycan Prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub6-04-2017, 13:22
Çap et Dövlətimizin başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb. Mükafatı aprelin 5-də İstanbulun “Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib. Baş konsul deyib ki, Azərbaycan Prezidentinə verilən bu mükafat Türkiyə xalqının dövlətimizin başçısına olan tükənməz sevgisinin bir nümunəsidir. Mərasimdə rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış simaları, görkəmli elm və sənət adamları, QHT və KİV təmsilçiləri iştirak ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
