"Cəbhədə baş verənlər növbəti təxribatdır" - Prezidentin köməkçisi19-06-2017, 13:31
Çap et Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Ermənistan ötən əsrin 90-cı illərdən başlayaraq, bu günə qədər təxribatları davam etdirib: "Onlar davamlı olaraq, xüsusən də beynəlxalq səviyyədə danışıqların intensivləşdiyi, status-kvonun aradan qaldırılması ilə bağlı beynəlxalq aləmin səylərinin artdığı vaxtlarda təxribatlara əl atırlar, cəbhədə qarşıdurmanı gücləndirməyə çalışır, bu fonda həm beynəlxalq aləmdə anti-Azərbaycan mövqelərini gücləndirməyə cəhd edir, həm də əhalinin Ermənistan hakimiyyətinə olan narazılığını ört-basdır etmək məqsədi güdürlər. Ona görə də biz hazırda cəbhədə baş verənləri də əvvəlki təxribatlar kimi, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi kimi dəyərləndirir, buna belə yanaşırıq". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
