Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağın işğalı regionun sabitliyinə ən ciddi təhlükə yaradır7-07-2017, 12:42
Çap et "Günahsız insanların həlak olması ilə nəticələnən hərbi insidentlər bizə xatırladır ki, işğal edilmiş Dağlıq Qarabağ problemi Qafqaz regionunun sabitliyinə ən ciddi təhlükə yaradır".Bunu Avropa Parlamentinin Sloveniyadan olan deputatı İvo Vayql deyib. O qeyd edib ki, bu münaqişə hərbi yolla deyil, beynəlxalq hüquq əsasında yalnız danışıqlar yolu ilə həll oluna bilər: "Ermənistan özünü vəziyyətə uyğun aparmalı və Avropa İttifaqı hər iki tərəfə uzunmüddətli və hərtərəfli həll yolunun axtarışında kömək etməlidir". Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Günahsız insanların həlak olması ilə nəticələnən hərbi insidentlər bizə xatırladır ki, işğal edilmiş Dağlıq Qarabağ problemi Qafqaz regionunun sabitliyinə ən ciddi təhlükə yaradır".