Demo Sayt » siyaset » Azərbaycan Polşada Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək


Azərbaycan Polşada Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək

5-09-2017, 11:38
Çap et
Azərbaycan Polşada Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək Müdafiə nazirinin Polşaya səfəri başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Zakir Həsənov Polşa Milli Müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.
Səfər çərçivəsində Z.Həsənovun Polşanın Milli Müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.
Reytinq: