XİN: Azərbaycan Türk Şurasına üzv dövlətlərlə tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir3-10-2017, 10:16
Çap et Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə XİN-nin 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional platformadır: "Azərbaycan Respublikası Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir. 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü münasibətilə Türk Şurasına üzv dövlətləri və təşkilatın Katibliyi səmimiyyətlə təbrik edirik". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
