Oqtay Əsədov: 68 ildir tətbiq olunmayan AŞ Konvensiyasının 46.4-cü bəndini Azərbaycana qarşı tətbiq etmək istəyirlər20-10-2017, 13:00
Çap et Bunu Milli Məclisin sədri Oqtay Əsədov bu gün parlamentin plenar iclasında deyib. O.Əsədov bildirib ki, bu gün Avropa Məhkəməsinin 10 mindən çox yerinə yetirilməyən qərarları var: “Avropanın böyük ölkələri içərisində mindən yuxarı, hətta 1500-dən çox qərarını yerinə yetirməyən ölkələr var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Ancaq Azərbaycanda bir neçə belə qərar var, cərimələri də ödənilir. Yaqland lotoreya oyunu oynayırmış, 10 min işin içində əlinin altına Azərbaycanı çıxarıb. Yəni aydındır ki, bu, Azərbaycana qarşı tam ədalətsizlikdir. Əgər bu maddəni Azərbaycana tətbiq etmək istəsələr, biz Avropa Şurasında qalıb-qalmamaq haqqında fikirləşməliyik”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
