Prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə keçirilən mərasimdə iştirak edib8-11-2017, 12:06
Çap et Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Couns, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib. Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
