Bahar Muradova beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsindən danışdı16-11-2017, 10:57
Çap et Qanun layihəsindən danışan Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, layihənin hazırlanmasında məqsəd nəinki Azərbaycana qarşı, eyni zamanda, bütün dünyada cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək, beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. B.Muradova qeyd edib ki, qanun layihəsinin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb: “Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük. İlk gündən Milli Məclisin sədri Oqtay Əsədov bu məsələyə ciddi dəstək verib. Biz cəmiyyətdən gələn belə bir təşəbbüsü alqışlayırıq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
