Baş nazirin müavini: Azərbaycan gənclərinin potensialı çox böyükdür1-02-2018, 11:12
Çap et Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən tədbirdə deyib. Ə.Əhmədov bildirib ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməlidirlər. O, gəncləri sosial şəbəkədə fəal olmağa səsləyib: "Gənlərimiz hakim partiyanın layiqli davamçılarıdırlar. Gənclərimiz ölkənin şərəfinin qorunmasında sosial şəbəkənin imkanlarından istifadə etməlidirlər. Eyni zamanda, gənclər sosial mesajların cəmiyyətə çatdırılması üçün fəal olmalıdırlar. Əminəm ki, gənclər 2018-ci ilin onların qarşısında qoyduğu hədəflərin öhdəsindən uğurla gələcəklər". Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda gənclər üçün hər cür şərait yradılıb. Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
