Prezident Administrasiyası: Azərbaycan Türkiyənin etibarlı strateji tərəfdaşı olub və olmaqda davam edir25-04-2018, 11:54
Çap et Bunu Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələrdə inkişaf edir: “Türkiyə və Azərbaycan bütün potensiallarını regionun inkişafına yönəldə biliblər”. Bundan başqa, administrasiyadan deyilib ki, hər iki ölkəni təkcə tarixi köklər yox, həm də vacib iqtisadi və enerji layihələri birləşdirir: “Türkiyə bütün sahələrdə Azərbaycanı dəstəkləyir və eynilə Azərbaycanın dəstəyini hiss edir”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
