Demo Sayt » siyaset » Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır


Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır

3-05-2018, 10:25
Çap et
Türkiyə pilotların hazırlanmasında Azərbaycana sərfəli şərtlər təqdim etməyə hazırdır Türkiyənin "Turkish Airlines" aviaşirkəti "Azərbaycan Hava Yolları"nda (AZAL) pilotların hazırlanması, onların peşəkarlığının daha əlverişli şərtlərdə artırılması prosesinə kömək göstərməyə hazırdır.
Aviaşirkətin treninq mərkəzinin koordinatoru deyib.
Koordinator əlavə edib: "Azərbaycan pilotları bu gün Dubayda hazırlıq keçir, lakin biz AZAL-a daha münsib şərtlərlə öz xidmətlərimizi təqdim edirik".
Onun sözlərinə görə, Avropada aviatrenejor-simulyatorın istifadəsinin 1 saatı 440 dollar, Dubayda 350-400 dollar təşkil edirsə, Türkiyədə bu qiymətlər 25-50 faiz ucuzdur.
Koordinator qeyd edib ki, hazırda "Royal Fleet", "Saudia", "Onur", "Kuwait", "Kam Air", "Hats", "Iraq Air" və başqa bu kimi aviaşirkətlər mərkəzin xidmətindən istifadə edir.
Pilotların hazırlanmasının yüksək keyfiyyətinin, koordinator həmçinin aviaqəzaların sayı nəzərə alınmaqla yüksək dəyərləndirildiyini bildirib. Belə ki, onun sözlərinə görə, son 10 ildə Türkiyə hava yollarında 3-4 bədbəxt hadisə qeydə alınıb.
Qeyd edək ki, bu mərkəzdə ildə 10 minlərlə insan təlim keçir, o cümlədən 3 min pilot gün ərzində mərkəzdə 850 nəfərə təlim keçir.
Reytinq: