Bu həftə əfv sərəncamı imzalanacaq21-05-2018, 11:55
Çap et Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub. Tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb. Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin bildirdiyinə görə, əfv sərəncamının bu həftə imzalanağı gözlənilir. "Sərəncamın mayın 28-ə, yəni Cümhuriyyətin 100 illiyinə kimi imzalanacağı gözlənilir", - deyə Rəşad Məcid qeyd edib. Konstitusiyaya görə Əvf sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir. Ötən ilə əfv sərəncamı 423 nəfərə şamil olunub. Azərbaycanın müstəqillik tarixində 63 əfv sərəncamı imzalanıb və indiyədək 7 min şəxs azadlığa çıxıb. 2003-cü ildən bu günədək isə İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində isə 3700 nəfərədək şəxs cəzadan azad edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
