Səfir: Azərbaycanda Türkiyə prezidenti və parlamenti seçkilərində 6000-ə yaxın seçici səs verəcək17-06-2018, 14:14
Çap et Bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: "Bakıda 5 minə yaxın, Naxçıvanda - 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir". Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq. Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər. Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
