Demo Sayt » siyaset » Milli Məclisin xüsusi iclası keçiriləcək


Milli Məclisin xüsusi iclası keçiriləcək

30-08-2018, 13:20
Çap et
Milli Məclisin xüsusi iclası keçiriləcək Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub
Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib.
A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək:
“Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.
Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
Həmin sərəncamdan da irəli gələrək, ilboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir.
Odur ki, bu il həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi tamam olduğu üçün MM-in xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub.
Reytinq: